BDU-da bir dəqiqəlik sükut…
Bakı Dövlət Universitetində (BDU) 27 sentyabr – Anım Günü ilə əlaqədar saat 12.00-da bütün ölkə ərazisində olduğu kimi, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.