BDU əməkdaşları təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzarları önündə
Bakı Dövlət Universitetinin kollektivi “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi, BDU-nun məzunu Hökumə Əliyevanın II Fəxri xiyabandakı məzarlarına əklil qoyub, çiçək dəstələri düzüb. Ekipaj üzvlərinin əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, qəzada həlak olan bələdçi Hökumə Cəlil qızı Əliyeva (Nəsibli) 2008-ci ildə 576 balla BDU-nun “Beynəlxalq hüquq” ixtisasına qəbul olunub. 2012-2015-ci illərdə “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə magistratura, 2017-2021-ci illərdə fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorantura təhsili alıb.