BDU-da “TEDx” formatında görüş
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Natiqlik Klubu tərəfindən “TEDx” formatında görüş keçirilib.
Görüşdə çıxış edən spikerlər - Rəvanə Quliyeva motivasiya, Ayşə Cəfərli fərdi inkişaf, Səbuhi Haqverdiyev düşüncələr və dillər arasındakı incə əlaqələr, Nurgül Əlizadə isə ekoloji problemlər kontekstində karbon qazının əhəmiyyəti və onun müasir ekosistemlərə təsirinə dair təqdimatlarla çıxış ediblər. Bildiriblər ki, natiqlik yolu ilə elm, mədəniyyət və texnologiya sahələrində innovativ ideyaların yayılmasına xidmət edən “TEDx” formatlı görüşlər gənclərin özlərini təqdimetmə bacarıqlarının formalaşması baxımından faydalı vasitədir.