BDU və Türkiyənin Üskudar Universiteti Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
BDU və Türkiyənin Üskudar Universiteti Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
ELAN
Bakı Dövlət Universiteti və Türkiyənin Üskudar Universitetinin birgə təşkilatçılığı ilə 2025-ci ilin 14-16 may tarixlərində Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransın məqsədi rəqəmsallaşma ilə media istehsalı və istehlakı proseslərinin transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri haqqında müzakirələr açmaqdır. Bu transformasiyanın mahiyyətinin, media ekosisteminə təsirlərinin və qlobal səviyyədə gətirəcəyi nəticələrin ətraflı şəkildə müzakirə olunacağı konfransın kommunikasiya və media sahəsində araşdırmalara əhəmiyyətli töhfə verməsi hədəflənir.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
- Rəqəmsal media və kommunikasiya tədqiqatları
- Rəqəmsal media və məzmun istehsalı
- Rəqəmsal əsrdə kommunikasiya təhsili
- Rəqəmsallaşma və televiziya
- Rəqəmsallaşma və jurnalistika
- Sosial media işi
- Rəqəmsallaşma və kommunikasiya etikası
- Rəqəmsallaşma və qavrayışın idarə edilməsi
- Rəqəmsallaşma və reklam
- Rəqəmsal marketinq
- Rəqəmsallaşma və ictimaiyyətlə əlaqələr
- Rəqəmsallaşdırma və dizayn
- Data mining
- Rəqəmsallaşma və süni intellekt tədqiqatları
- Rəqəmsallaşma və kino tədqiqatları
- Rəqəmsal ekosistem və kommunikasiya elmləri
- Türk Cümhuriyyətlərində kommunikasiya araşdırmaları
- Türk Cümhuriyyətlərinin media sistemləri
- Kibertəhlükəsizlik
- Dezinformasiya, misinformasiya, “fake” xəbərlər
- Mediada mülkiyyət və mülkiyyət strukturu, media inhisarları
- Media və qloballaşma
- Media və mədəni müstəmləkəçilik
- Rəqəmsal media əsrində senzura
- Rəqəmsal əsrdə kommunikasiya
Tezislərin təqdim edilməsi üçün son tarix: 30 mart 2025-ci il
Konfransın işçi dili: Azərbaycan dili, türk dili, rus dili, ingilis dili
Tezislər onlayn olaraq aşağıdakı linkdə mövcud olan məruzələrin göndərilmə sistemi vasitəsilə yüklənməlidir: http://metbuat150bsu.edu.az/ |
Tələblər:
- Proqram Komitəsi yalnız konfransın istiqamətləri üzrə və qoyulan tələblərə və tərtib olunma qaydalarına uyğun olaraq yığılmış tezisləri nəzərdən keçirəcəkdir;
- Bütün məlumatlar onlayn müraciət sisteminə ingilis dilində daxil edilməlidir.
Tezislərin tərtib olunma qaydaları:
Tezis ingilis dilində təqdim olunmalıdır.
Tezisin adı qısa və aktual olmalıdır (12 sözdən çox olmamalıdır).
Tezisin adı: böyük hərflərlə, qalın şrift, şrift ölçüsü 14, şrift Calibri
Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12, şrift Calibri
Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri
Elektron ünvan: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri
Təqdim olunmuş tezisin həcmi 500 sözdən çox olmamalıdır. Format: A4; Fayl formatı: *doc, *docx; Şrift: Calibri, şrift ölçüsü 12, interval 1; Sahə: yuxarıdan – 2.7 sm, aşağıdan – 2.0 sm, soldan – 2.0 sm, sağdan – 2.5 sm.
İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir (məsələn, [2])
Ədəbiyyat siyahısı mətnin sonunda verilir (məsələn, M.Hasanov, A.Mamedov, Properties of CdS films. J of Nanotechnology 2021, 25 (31), p. 34-45.)
Yalnız qəbul olunmuş tezislər dərc olunacaqdır.
Proqram Komitəsi tərəfindən seçilmiş və müvafiq qaydada ciddi rəydən keçmiş məqalələr konfrans materialları dərc olunan məcmuəyə daxil ediləcək. Məruzələrin tam mətnləri elektron şəkildə nəşr olunacaq. |
Konfransın keçiriləcəyi yer və əlaqə:
Bakı Dövlət Universiteti, AZ1148, Akademik Zahid Xəlilov küç., 33.
Mob: (+994 50) 3876497 (Whatsapp)
E-poçt: [email protected]
Sayt: http://metbuat150bsu.edu.az/ - QR CODE