Mərkəzin vəzifələri

Bakı Dövlət Universitetinin strategiyasına uyğun olaraq tələbələri və gənc tədqiqatçıları elmi-tədqiqatlara cəlb etmək, onlarda elmi ideyaların reallaşdırılması, patentləşdirilməsi, tanıtımı və tətbiqi istiqamətlərində onlayn və ənənəvi formada elmi və pedaqoji yönümlü təlimlər keçirmək, elmi tədbirlər və seminarlar təşkil etmək, tələbələrdən ibarət qruplara müxtəlif istiqamətlərdə xüsusi dərsdənkənar məşğələlər keçirmək, texnoloji bilik və bacarıqlarının artırılması, dərsdə öyrənilən biliklərin tətbiq olunduğu müxtəlif layihələrin hazırlanması, bu layihələrin hazırlanması üçün elmi araşdırma işlərinin aparılması və ilkin prototipin hazırlanması üçün seçilmiş tələbələrdən ibarət müxtəlif STARTUP qruplarının yaradılması, bu qruplarda ideyadan-biznesə doğru istiqamətində təlimlər keçirmək, bu qrupların yerli və beynəlxalq müsabiqələrdə, yarışmalarda, konfrans və festivallarda iştirakını təmin etmək, tədris prosesini elmi tədqiqatlar işləri və istehsalatla əlaqələndirmək, elm və təhsilin sənayeyə inteqrasiyasının gücləndirilməsini təmin etmək və tələbələrə elm və texnologiya vərdişlərinin aşılanması istiqamətində işlər görmək Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əsas vəzifələridir.