Qazaxıstanın Abay adına Milli Pedaqoji Universitetinin professorları BDU-da
Qazaxıstanın Abay adına Milli Pedaqoji Universitetinin Pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Şolpan Kolumbayeva, Elmi Şurasının katibi, professor Mərfuqa Absatova Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində olub, Pedaqogika kafedrasının professor-müəllim heyəti ilə görüşüblər.
Görüş zamanı hər iki ali məktəbdə fəaliyyət göstərən Pedaqogika kafedralarının əməkdaşlığına dair müzakirələr aparılıb. Bunun qarşılıqlı təcrübə mübadiləsi və yeni yanaşmaların tətbiqi baxımından faydalı olacağı qeyd edilib.
Sonra qonaqlara Pedaqogika kafedrasının əməkdaşlarının son illərdə nəşr etdirdikləri kitablar hədiyyə edilib.