Məktəblilər BDU-nu ziyarət ediblər
Bakı şəhərindəki 307 nömrəli tam orta məktəbin X sinif şagirdləri Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər.
Şagirdlər Heydər Əliyev Muzeyi, Heydər Əliyev lektoriyası, Elmi Kitabxana, “Zəfər tarixi” lektoriyası, Genetika və təkamül muzeyində olublar.
Şagirdlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.
Sonda tələbələr BDU-nun yeni təmir olunmuş 2 saylı tədris binasında yaradılan şəraitlə də tanış olublar.