BDU Elmi Şurasının 2023-cü il 11 iyul tarixli Qərarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cü il 16 aprel tarixli 172-ci nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 3.1.21-ci yarımbəndini rəhbər tutaraq Rektorun 12 iyul 2023-cü il tarixli R-96 nömrəli əmri ilə Keyfiyyət təminatı Mərkəzi və onun nəzdində Təlim, metodiki dəstək və inkişaf şöbəsi yaradılmışdır.
Şöbənin əsas fəaliyyət istiqamətləri
- Keyfiyyət təminatına və inkişafına yönəlmiş siyasətin və prosedurların formalaşdırılması, nəzərdən keçirilməsi, icrası, monitorinqi, eləcə də keyfiyyət mədəniyyətinin qurulması prosesində iştirak.
- Keyfiyyət təminatı fəaliyyətinin səmərəli təşkil edilməsində iştirak.
- Struktur bölmələrin fəaliyyətinin, tədrisin təşkilinin, təhsil proqramlarının icrasının, beynəlmiləlləşmə və elmi-tədqiqat fəaliyyətlərinin keyfiyyətinin monitorinqi metodologiyasının və meyarlarının müəyyənləşdirilməsi.
- Keyfiyyət təminatı ilə bağlı təlimlər təşkil etmək və metodiki göstərişlərin və təlimatların hazırlanması.
- Nüfuzlu beynəlxalq reytinqlərlərdə irəliləmək istiqamətində fəaliyyət.
- Maraqlı tərəflərdən müxtəlif sorğuların keçirilməsi və nəticələrinin təhlili prosesində iştirak.
Şöbənin əsas vəzifələri
- Bütün fəaliyyət istiqamətlərini əhatə edən (tədris, elmi-tədqiqat, beynəlmiləlləşmə, infrastruktur və s.) keyfiyyət təminatı siyasətinin maraqlı tərəflərin cəlb olunması ilə hazırlanması, yenilənməsi və təkmilləşdirilməsi prosesində iştirak.
- Keyfiyyət təminatına və inkişafına yönəlmiş strategiyaların, prosedurların və təlimatların hazırlanması və ya yenilənməsi.
- Keyfiyyət təminatı siyasətinin, təlimatlarının, müvafiq prosedurların və standartların daxili və xarici maraqlı tərəflərlə kommunikasiyasının təşkil edilməsi.
- Tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin hazırlanması.
- Digər struktur bölmələrin fəaliyyətinin keyfiyyət qiymətləndirilməsi metodologiyasının və meyarlarının müəyyənləşdirilməsi.
- Struktur bölmələrin fəaliyyətinin, təhsil proqramlarının icrasının, elmi-tədqiqat, beynəlmiləlləşmə fəaliyyətinin qiymətləndirilməsi metodologiyasının formalaşdırılması və qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi.
- Struktur bölmələrin fəaliyyəti, təhsil proqramlarının icrası, tədris prosesinin təşkili, elmi-tədqiqat və innovasiya mühiti, beynəlmiləlləşmə ilə bağlı mövcud problemlər və onların həlli yolları ilə bağlı akademik və inzibati heyət arasında məmnuniyyət sorğularının keçirilməsi.
- Struktur bölmələrin fəaliyyəti, təhsil proqramlarının icrası, tədris prosesinin təşkili, elmi-tədqiqat və innovasiya mühiti, beynəlmiləlləşmə fəaliyyətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün tədris ili ərzində əmək bazarı, təhsilalanlar və məzunlar arasında müxtəlif mövzularda sorğuların keçirilməsi.
- Keyfiyyət təminatı sahəsində olan beynəlxalq və yerli təcrübənin öyrənilməsi və müvafiq qaydada yerli konteksdə icrasına dair metodiki təlimatların hazırlanması və ya yenilənməsi.
- Keyfiyyətinin təminatına dair marifləndirici tədbirlərin (təlimlər, seminarlar, dəyirmi masa müzakirələr və s.) təşkil edilməsi.
- Filial, Kollec və Liseyə keyfiyyət təminatı sahəsində dəstəyin göstərilməsi.
- Beynəlxalq reytinq bazalarında irəliləməyə nail olunması üçün tədbirlər planının hazırlanması və müvafiq istiqamət üzrə tədbirlərin icra olunmasına nəzarətin həyata keçirilməsi.
- Beynəlxalq nüfuzlu reytinqlərin metodologiyasına uyğun olaraq siyasət sənədlərinin və hesabatlarının hazırlanması və müvafiq qaydada əlçatanlığının təmin olunması.
- Beynəlxalq nüfuzlu reytinqlərin metodologiyasına uyğun olaraq məlumatların davamlı olaraq müvafiq struktur bölmələrdən toplanması və portal üzrə yerləşdirilməsi.
- Fəaliyyətin qiymətləndirilməsi üzrə müasir yanaşmaların təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması.
- Akademik heyətin pedaqoji, tədqiqat və İKT bacarıqlarının artırılması istiqamətində davamlı inkişaf fəaliyyətlərinin aparılması.
- Rektor tərəfindən həvalə edilmiş bu Əsasnamə ilə müəyyən olunmuş səlahiyyətlər daxilində digər funksiyaların həyata keçirilməsi.
Şöbənin əsas hüquqları
- Şöbənin funksional fəaliyyəti ilə bağlı digər struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq.
- Struktur bölmələrə şöbənin səlahiyyətinə daxil olan məsələlər üzrə yazılı tövsiyə və göstərişlər vermək.
- Öz funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görmək.
- Universitetin fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər vermək.
- Bütün struktur bölmələrdən müvafiq məlumatları tələb etmək, təqdim olunmuş məlumatları nəzərdən keçirmək və məlumatların etibarlı, əsaslı və yetərli olmasını müəyyənləşdirmək və düzəlişlər tələb etmək.
- Keyfiyyət təminatı sisteminin səmərəliliyinin artırılması məqsədi ilə təkliflər hazırlamaq və müvafiq qaydada təqdim etmək.
- Keyfiyyət təminatına dair fərdi və ya kollektiv qaydada şifahi dinləmələr və müzakirələr aparmaq.
- Keyfiyyətin artırılması istiqamətində müvafiq struktur bölmələri və digər maraqlı tərəfləri bu tədbirlərin həyata keçirilməsinə cəlb etmək.
- Səlahiyyətləri çərçivəsində xidməti yazışmalar aparmaq.