BDU-nun Geologiya fakültəsinin tələbələri Rusiyada beynəlxalq konfransda məruzə ediblər
BEYNƏLMİLƏLLƏŞMƏ
3 Aprel 2025 09:58
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbələri Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin Yer Elmləri İnstitutunda Yer Elmləri Tələbə Elmi Cəmiyyəti tərəfindən keçirilən Beynəlxalq Geoloji Tələbə Sammitində iştirak ediblər. Konfransda dünyanın bir sıra ölkələrindən olan tələbə və doktorantlar, gənc tədqiqatçılar bir araya gəlib.
Geologiya fakültəsinin Geologiya və geofizika mühəndisliyi ixtisasının ingilis bölməsi üzrə IV kurs tələbəsi Xəyal Hüseynov “Kiçik Qafqazın Azərbaycan hissəsində vulkanizmin son kaynozoy təkamülü haqqında ümumi geoloji məlumat”, II kurs tələbəsi Adnan Əliyev isə “Abşeron arxipelaqının yataqlarında qazın tərkibi və məhsuldar təbəqələrin qanunauyğunluqlarının dəyişməsi” mövzularında məruzə ediblər.
Fakültənin Geologiya ixtisasının rus bölməsi üzrə III kurs tələbəsi Aysun Mehtiyeva isə Perm Dövlət Universitetində tələbələrin, doktorantların və gənc alimlərin “İnkişaf edən dünyada geologiya” mövzusunda konfransında onlayn çıxış edib.
Son XƏBƏRLƏR
11.04.2025 | 17:39
BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi” başa çatıb
11.04.2025 | 16:15
Eskişehirdə BDU-nun həmtəşkilatçılığı ilə azərbaycanlılara qarşı törədilmiş soyqırımlara həsr olunmuş konfrans keçirilib
11.04.2025 | 14:52
BDU və “Bayraktar Texnologiya Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb
11.04.2025 | 14:15
BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin “Karyera yolu” layihəsinin infosessiyaları başlayıb
11.04.2025 | 13:46