BDU-nun Geologiya fakültəsinin 3 ixtisasına maraq artıb
2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin “Geologiya və geofizika mühəndisliyi”, “Mədən mühəndisliyi”, “Meliorasiya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrin sayı artıb.
Hazırda Geologiya fakültəsində 721 tələbə təhsil alır. Son 3 tədris ilində fakültədə magistratura səviyyəsinə dövlət sifarişli yerlərin sayı artıb. 2024/2025-ci tədris ilində bu rəqəm 95 faiz təşkil edib. Əvvəlki tədris illərində fakültədə magistraturaya qəbul zamanı başqa ali məktəblərin məzunları üstünlük təşkil edib. 2024/2025-ci tədris ilində bu rəqəm BDU məzunlarının xeyrinə dəyişib.
Ötən il fakültə alimləri tərəfindən 55 elmi məqalə dərc olunub. Onlardan 11-i “Web of science”, 3-ü “Scopus” bazasında indekslənən jurnalların payına düşür.