BDU-da fəaliyyət göstərən “Yeni Klub” Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirib
Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “Yeni Klub” 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirib.
Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru İlhamə Hacıyeva çıxış edərək, dilin xalqın milli kimliyinin formalaşmasında rolu, Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Azərbaycan dilinin tarixindən, keçdiyi inkişaf yolundan, zənginliyindən bəhs edib, klassik şairlərin əsərlərindən nümunələr səsləndirib.
Klubun koordinatorları - Tarix fakültəsinin III kurs tələbəsi Gülarə Mehdizadə ana dili haqqında şeirlər səsləndirib, Sosial elmlər və psixologiya fakültəsinin I kurs magistrantı Ağazahir Ağazadə isə dil və mədəniyyətin qorunması haqqında təqdimat edib.
Tədbir günün əhəmiyyəti haqqında diskussiya ilə davam edib.