Quliyev Vaqif Sabir oğlu
ƏLAQƏ
Tel.:
(+99412) 539 15 95
Email:
|
QISA BİOQRAFİK MƏLUMAT
- 22 fevral 1957-ci ildə Salyan şəhərində anadan olmuşdur
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1973 - 1978 - Mexanika-riyaziyyat fakultəsi, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), "Riyaziyyat, riyaziyyat müəllimi" ixtisası
- 1981 - 1983 - Mexanika-riyaziyyat fakultəsi, Bakı Dövlət Universiteti, aspirantura
- 1983 - Fizika-riyaziyyat elmləri namizədi, Dissertasiya mövzusu: "Anizotrop sinqulyar inteqral operatorların tədqiqi"
- 1990 - Fizika-riyaziyyat elmləri doktoru, Dissertasiya mövzusu: "Bircins qruplarda və R oblastında təyin olunmuş funksiyalar fəzalarında inteqral operatorlar"
- 2014 - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
ƏMƏK FƏALİYYƏTİ
- 1983 - 1995 - BDU-nun Riyazi analiz kafedrasında müəllim, baş müəllim, dosent
- 1995 - 2019 - BDU-nun Riyazi analiz kafedrasında professor
- 1995 - 2014 - AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi
- 2014 - 2019 - AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini
- 2019 - 2021 - BDU-nun nəzdində Tətbiqi Riyaziyyat ETİ-də baş elmi işçisi
- 2021 - hal-hazıradək - Tətbiqi Riyaziyyat ETİ-nin elmi işlər üzrə direktor müavini
- 2014 - hal-hazıradək - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü
TƏDQİQAT SAHƏSİ
- Bircins tipli fəzalarda və bircins Li qruplarında təyin olunmuş harmonik analizin inteqral operatorlarının yeni funksional fəzalarda tədqiqi
- Lokal və qlobal Morri tipli fəzalarda Harmonik analizin müasir problemlərinin tədqiqi
- İkiçəkili bərabərsizliklər
- Çoxdəyişənli diferensiallanan funksiyalar fəzaları üçün daxilolma teoremləri
- Karnot qruplarında təyin olunmuş funksional fəzalar üçün yaxınlaşmalar nəzəriyyəsi
- Banax qiymətli funksional fəzalar nəzəriyyəsi
- Çoxölçülü kompleks oblastlarda təyin olunmuş holomorf və harmonik funksiyalar fəzaları nəzəriyyəsi
- Bessel, Laqer, Gegenbauerə, Dankl və Çebli-Trimeçe hiperqruplarında harmonik analizin müxtəlif məsələlərinin tədqiqi; Diferensial tənliklərə tətbiq məsələləri
|