Türkiyənin Mərmərə Universitetinin dosenti BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi deyib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının təşkilatçılığı ilə Türkiyənin Mərmərə Universitetinin dosenti Durmuş Ümmet Bakı Dövlət Universitetinin SABAH tələbələrinə “Həll yönümlü terapiya: qaydalar və metodlar” mövzusunda ustad dərsi keçib.
Tədbirdə SABAH İcra Komitəsinin rəhbərliyi, digər ali təhsil müəssisələrinin nümayəndələri, professor-müəllim heyəti, tələbə və doktorantlar iştirak ediblər.
Məruzəçi tərəfindən qısamüddətli həllə yönəlmiş terapiyanın tarixi, fəlsəfəsi və əsas fərziyyələri, ilk seans quruluşu, pasient ilə terapevtik ittifaqın qurulması, "Vaka analizləri" təhlil edilib. Üstad dərsində pozitiv düşüncənin çoxaldılması, problemləri həll etməyin optimal yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Ustad dərsi interaktiv şəkildə davam edib və tələbələri maraqlandıran suallar cavablandırılıb.