Türkiyənin “Letgen Biotechnology” şirkətinin rəhbəri BDU-da seminar keçirib
Türkiyə Respublikasının “Letgen Biotechnology” şirkətinin rəhbəri Fahrettin Özcan Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları üçün biotexnologiya sahəsində ən son yeniliklərə, biotexnologiyanın tibb, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində tətbiqinə dair seminar keçirib.
Seminarda həmçinin fundamental elmin sənayedə tətbiqi, innovasiyaların kommersiyalaşdırılması istiqamətindəki mərhələlər geniş müzakirə edilib.
Təlim zamanı PCR texnologiyasının tibb, qida təhlükəsizliyi və kənd təsərrüfatında istifadəsi haqqında ətraflı məlumat verilib. Eyni zamanda DNA və protein əsaslı diaqnostik dəstlərin müqayisəli təhlili aparılıb.
Görüşdə biotexnologiya sahəsində startap şirkətlərin texnopark imkanlarından istifadəsinin faydaları da müzakirə edilib.