Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitunda onlayn elmi seminar keçirilib. Seminarda institutun elmi işçisi Atif Namazov "Neftçıxarma və onun nəqlindəki hidravlik müqavimət əmsalının identifikasiyası üçün ədədi həll alqoritmləri” mövzusunda məruzə ilə çıxış edib.
Seminarda qonaq qismində Zəncan Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, Atatürk Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir iştirak edirdilər.
Məruzədən sonra vebinar diskussiya şəklində davam etdi, məruzəçi ona verilən sualları cavablandırdı.