Kimya fakültəsində jurnalistlə görüş
Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Nizami Gəncəvi ili çərçivəsində “Söz adamları ilə görüş” layihəsi çərçivəsində İctimai Televiziyanın aparıcısı, jurnalist Azər Süleymanlı ilə onlayn görüş keçirilib.
Azər Süleymanlı tələbələrlə görüşdə özünün jurnalistikaya həvəsinin yaranmasından, gəlişindən və hazırki fəaliyyətindən geniş söz açıb, eləcə də tələbələrin çoxsaylı suallarını cavablandırıb. O, jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu bildirib. A.Süleymanlı əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu tələbələrin diqqətinə çatdırıb.