“Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında 4 medal qazanıblar
Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında 4 medal qazanıblar.
Belə ki, liseyin V sinif şagirdləri Həsən Süleymanov qızıl, Şahmar Əsədov gümüş, Ruqiyyə Sadiqli və Murad İmanov bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Lütfi Zadə riyaziyyat-məntiq olimpiadası V sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində məqsəd şagirdlərdə riyaziyyat və məntiqə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.