Ekologiya və torpaqşünaslıq
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Bakı şəhərində və Abşeron yarımadasında hava çirklənməsinin mamır-transplantat vasitəsi ilə biomonitorinqi” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarda Ekoloji kimya kafedrasının doktorantı Orxan Hacıyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Çıxışda havanın keyfiyyəti, o cümlədən Bakıda və Abşeron yarımadasında müxtəlif mənbələrdən, bir çox hava çirkləndiricilərinin artan emissiyaların tədqiqi, mamır üsulunun praktiki tətbiqinin əsas aspektləri, xüsusilə şəhər mühitində onun səmərəliliyi haqqında geniş məlumat verilib. Atmosfer havası, biomonitorinq, su ehtiyatları, torpaq, biotik komponentlərin müşahidə edilməsi, qiymətləndirilməsi kimi məqamlara aydınlıq gətirilib.
Seminarda fakültənin dekanı Nazim Şəmilov, dekan müavini Fətəli Hüseynov, Ekoloji Kimya kafedrasının müdiri Sevinc Hacıyeva, Bioekologiya kafedrasının müdiri Nərminə Sadıqova və fakültənin professor-müəllim heyəti və doktorantlar iştirak edib.
Sonda məruzə ətrafında diskussiya aparılıb.