DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib
TƏDRİS
20 May 2024 12:36
Tanınmış radioaparıcı, teleaparıcı, redaktor, kinossenarist, İctimai radionun direktoru Məmmədəli Məmmədov (DJ Fateh) Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə təlim keçib.
Təlimdə mediada yeni məzmunun yaradılması, rəqəmsal mühitdə media və auditoriya məsələləri, süni intellektin jurnalistikaya təsiri barədə tələbələrə məlumat verilib. Qonaq İctimai radionun timsalında radiojurnalistikanın inkişaf dinamikası, perspektivləri, podkast üçün mövzu seçimi, bu sahədə mövcud imkanlar haqqında danışıb.
Görüşdə süni intellektin inkişafının jurnalistikaya müsbət və mənfi təsirləri barədə geniş fikir mübadiləsi aparılıb, qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonda DJ Fateh tələbə-jurnalistlərlə görüş imkanının yaradıldığına görə Universitet rəhbərliyinə təşəkkürünü bildirib, belə təlimlərin həm də gənclərin işlə təmin olunmaq fürsətlərini genişləndirdiyini vurğulayıb.
Son XƏBƏRLƏR
05.07.2024 | 15:53
BDU-da hibrid nanonaqillərin formalaşmasına dair elmi seminar
04.07.2024 | 17:44
IELTS imtahanında uğur qazanmış BDU tələbələrinin təltifolunma mərasimi
04.07.2024 | 16:32
Bu il BDU-nun SABAH qruplarını 244 məzun bitirir
04.07.2024 | 15:09