Beynəlxalq Təhsil Günü ilə bağlı tədbir keçirilib
Beynəlxalq Təhsil Günü ilə bağlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən fakültələrin nümayəndələrin iştirakı ilə Beynəlxalq Təhsil Günü ilə bağlı onlayn tədbir keçirilib.
Tədbirdə BDU THİK sədri Hacıbaba Mustafayev təhsilin insan həyatında və cəmiyyətimizdəki əsaslı rolundan söz açaraq, bütün tələbələri Beynəlxalq Təhsil Günü münasibətilə təbrik edib və təhsil həyatında uğurlar arzulayıb. Tədbirdə son illərdə Azərbaycanda təhsilin inkişafı məqsədi ilə atılan uğurlu addımlardan və Bakı Dövlət Universitetində tələbələrin keyfiyyətli təhsil alması üçün yaradılan imkanlardan danışılıb.
Bildirilib ki, BMT Baş Assambleyasının 2018-ci ildə elan etdiyi Beynəlxalq Təhsil Günü artıq bütün dünyada qeyd olunur. BMT-nin qərarında qeyd edilən məqamlara diqqət çəkərək təhsilin hər bir ölkədə dayanıqlı inkişafın əsas amili olduğunu vurğulanıb.
Bütün sahələrdə olduğu kimi Azərbaycanda da təhsil sahəsindəki innovativ layihələrin həyata keçirilməsində cəmiyyərin bütün üzvlərinin fəal iştirakının vacibliyindən danışılıb.
Tədbir iştirakçıların mövzü ətrafında fikir mübadiləsi ilə başa çatıb.