BDU və Milli Observatoriya nümayəndələri arasında görüş
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Bakı Dövlət Universitetinin (BDU) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov məzunların məşğulluğunun artırılması və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına dair BDU-da görülən işlər haqqında məlumat verib.
Bununla yanaşı, görüşdə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunluğunun təhlil edilməsi, əmək qanunverciliyinə təkliflərin hazırlanması üçün birgə monitorinq və təhlillərin həyata keçirilməsi, BDU tələbələrinin Milli Observatoriyada təcrübə proqramı keçməsi haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumunda qeyd edilən istiqamətlər üzrə görüləcək işlər də müzakirə edilib.