BDU və DOST Agentliyinin könüllülərinə təlimlər keçirilib
Bakı Dövlət Universiteti (BDU) və DOST Agentliyi arasında anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı çərçivəsində hər iki qurumun könüllülərinə təlimlər keçirilib.
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixoloqları Emilya İgidova, Şəbnəm İslamlı və Lalə Cabbarova tərəfindən “Yaşlıların psixoloji xüsusiyyətləri” mövzusunda keçirilən təlimlərdə bu kateqoriyadan olan insanlarla düzgün ünsiyyət formaları, effektiv kommunikasiya bacarıqları və izahetmə mexanizmləri barəsində məlumat verilib.
Təlimlər könüllülərin mövzu ətrafında sualların cavablandırılması və iş təcrübələrində şahid olduqları situasiyaların dəyərləndirilməsi ilə başa çatıb.