BDU və BDU-nun Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və BDU-nun Həmkarlar İttifaqı Komitəsi (HİK) arasında kollektiv müqavilə imzalanıb. Rektor Elçin Babayev müqavilənin Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış sazişin əsasında imzalandığını qeyd edib. O, müqavilənin BDU və BDU HİK arasında qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə təkan verəcəyini bildirərək, Universitetin hər zaman Həmkarlar İttifaqı Komitəsinin yanında olduğunu vurğulayıb.
Daha sonra çıxış edən BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov HİK-in hər zaman Universitet əməkdaşlarının sosial, hüquqi, mənəvi mənafelərini qoruduğunu, imzalanan müqavilənin də bu əməkdaşlığa stimul olacağına əminliyini ifadə edib.