BDU Türkiyənin Haliç Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
BEYNƏLMİLƏLLƏŞMƏ
2 Dekabr 2024 16:42
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Haliç Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Haliç Universitetinin rektoru Nihat İnanç imzalayıb.
Protokolda tələbələrin, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi öz əksini tapıb.
Haliç Universitetinin əsası 1998-ci ildə qoyulub. 8 fakültə, 1 peşə məktəbi, 4 kollec və 1 institutun fəaliyyət göstərdiyi universitetdə 17 mindən çox tələbə təhsil alır.
Son XƏBƏRLƏR
09.04.2025 | 15:13
BDU-da maarifləndirici seminar: “Zərərli vərdişlərlə birgə mübarizə aparaq!”
09.04.2025 | 14:48
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri BDU-da
09.04.2025 | 13:33
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda istehsalat təcrübəsində
08.04.2025 | 17:54