BDU tələbəsi “Azercell”in Tələbə Təqaüdü Proqramının qalibidir
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbəsi Nuran İsmayılova “Azercell Telekom” MMC-nin təhsis etdiyi Tələbə Təqaüdü Proqramının qalibidir.
O, dörd ay müddətində şirkətin Hüquq, etika və şikayətlər departamentinin Korporativ hüquq şöbəsində fəaliyyət göstərəcək.
Proqramın məqsədi təqaüd almaqla yanaşı, tələbələrin telekommunikasiya sahəsində biliklərinin artırılması, korporativ tədbirlərdə, sosial fəaliyyətlərdə, müxtəlif təlimlərdə iştirakı və şirkətdə təcrübə keçmək şəraitinin yaradılmasıdır.
Tələbimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!