BDU tələbələri Təbiət Tarixi Muzeyində
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan II kurs tələbələri fənn müəllimi, Zoologiya və fizologiya kafedrasının dosenti Saleh Əliyevin rəhbərliyi ilə Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiya ediblər.
Muzey Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun tərkibində fəaliyyət göstərir. Tələbələr Zoologiya şöbəsində geoloji keçmişdə yaşamış və müasir onurğalı, onurğasız heyvanların skeletləri, müqəvvaları, izləri, xüsusi məhlullarda saxlanılan cəsədləri ilə tanış olublar. Muzeydə dördüncü dövrə aid olan Binəqədi, Pirəkəşkül, Eldar hipparion, Mingəçevir kolleksiyaları tələbələrin diqqətini daha çox cəlb edib.