BDU tələbələri gənclərin ekologi savadlılığını artıran layihə həyata keçirəcəklər
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Nicat Həsənov və Fidan Qəniyevanın rəhbəri olduqları “Ekonəfəs” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə şəbəkələşmə görüşünün qalibi olub.
Görüşdə gənclər "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirmək istədikləri layihələri komanda şəklində ekspertlərə təqdim ediblər. BDU tələbələrinin rəhbəri olduqları "Ekonəfəs" komandası layihə təklifi vermiş 8 komanda arasında I yeri qazanıb və 3000 manat dəyərində mükafat əldə edib.
"Ekologiyaya nəfəs ol!" şüarı altında keçiriləcək layihənin əsas məqsədi gənclərdə ekoloji savadlılığın artırılmasıdır.