BDU tələbələri COP29-da könüllü kimi uğurla iştirak edirlər
Bakı Dövlət Universitetinin (BDU) 200 nəfərə yaxın tələbəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllü kimi iştirak edirlər.
COP29-un Azərbaycanda keçirilməsi gənc fəallar üçün qlobal iqlim siyasətinə töhfə vermək baxımından mühüm platformadır. Gənclərimizin bu sahədə aktivliyi milli təəssübkeşlik nümunəsi olmaqla yanaşı, ekoloji siyasətə böyük dəstəkdir. BDU tələbələri ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən rasional istifadəni təbliğ edir, nümayəndə heyətlərinə köməklik göstərir və konfransın uğuruna töhfə verirlər.