BDU tələbələri Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edirlər
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyev Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edirlər.
Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoevqrad şəhərində keçirilən Olimpiada universitet tələbələri üçün nəzərdə tutulub. İştirakçılara cəbr, analiz (real və kompleks), həndəsə və kombinatorika sahələrini əhatə edən məsələlər təqdim ediləcək.
Qeyd edək ki, tələbələrimiz həm də BDU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibidirlər.