BDU tələbələri Acınohur düzündə ceyranların təbiətə buraxılması prosesində iştirak ediblər
BDU tələbələri Acınohur düzündə ceyranların təbiətə buraxılması prosesində iştirak ediblərBakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Acınohur düzündə ceyranların təbiətə buraxılması prosesində iştirak ediblər.
Acınohur düzünün Qax Dövlət Təbiət Yasaqlığına aid ərazisinə 8 baş ceyran buraxılıb.
Ceyranların mühafizəsi, tarixi areallarının bərpası, reintroduksiyası, populyasiyalarının formalaşmasına töhfə vermək məqsədi daşıyan bu addım bölgənin biomüxtəlifliyində böyük rol oynayacaq. Qeyd olunub ki, 1950-ci illərdə bu yerlərdə nəsili kəsilmiş ceyranların sayının artırılmasına 12 il əvvəldən başlanılıb, hazırda onların sayı 345-ə çatıb. Ceyranlar üçün 3 süni su mənbəyinin (nohurun) yaradılması, yem üçün ot və digər bitkilərin ayrı-ayrı sahələrə səpilməsi, mühafizəsi, qorunması istiqamətində tədbirlər görüləcək.