BDU tədqiqatçılarının növbəti məqaləsi impakt faktorlu jurnalda
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva və kafedranın müəllimi Həbibə Şirinovanın həmmüəllifi olduğu məqalə Web of Science Clarivate Analytics elmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu "Composite Interface" (İF-2,74) jurnalında dərc olunub.
Məqalədə termoplastik polivinilidenflüorid və yarımkeçirici kadmium sulfid və sink sulfid nanohissəcikləri əsasında yeni hibrid polimer nanokompozit materiallar sintez edilib, quruluşu və xassələri tədqiq edilib. Müəyyən edilib ki, CdS/ZnS nanohissəciklərinin polivinilidenflüorid polimerinə daxil edən zaman onlar əsasındakı nanokompozitlərin spektral-həssas oblastının geniş dalğa uzunluğunda genişlənməsi baş verir. Bu isə bu materialları günəş elemenlərinin, batareyalarının, çeviricilərinin aktiv elementi kimi tətbiq etmək mümkünlüyünü göstərir. Həmçinin PVDF+CdS/ZnS əsaslı nanokompozit təbəqələrdə müşahidə olunan fotohəssaslıq onları elastik fotorezistorlar kimi də istifadə etmək imkanını yaradır.
"Composite Interface" jurnalı polimer nanokompozitlər, polimer nanokompozitlərdə fazalararası hadisələr, fazalararası uyğunluq, fazalararası morfologiya, aerokosmik, avtomobil, elektron, tikinti, dəniz, optiki və biotibbi sənayələr üçün kompozitlər sahəsində dünyanın nüfuzlu jurnallarındandır.
Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz: