BDU-nun Web of Science Core Collection bazasında indekslənən “Applied and Computational Mathematics” elmi jurnalının təsir əmsalı yüksəlib
002-ci ildən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və AMEA-nın təsisçiliyi ilə dərc edilən və Web of Science Core Collection bazasında ən yüksək - Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 2.354-dən 3.898-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 2.752 təşkil edir.
Jurnal dünyada riyaziyyat və tətbiqi riyaziyyat kateqoriyası üzrə 265 beynəlxalq nəşr arasında 10-cu, Avropa İttifaqında isə 8-ci yerdə qərarlaşıb. Jurnalın redaksiıya heyətinə dünyanın 20 ölkəsindən 38 görkəmli alim daxildir. Jurnalın hal-hazıradək dərc olunmuş 51 nömrəsində dünyanın 50-dən çox ölkəsindən 500-dən çox tədqiqatçının riyaziyyat və tətbiqi riyaziyyatın müxtəlif istiqamətləri üzrə məqalələri dərc olunub. Nəşr olunduğu 19 il ərzində jurnal 50-dən çox ölkənin 250-dən artıq universitet və elmi müəssisəsi ilə əməkdaşlıq edib.