BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasında beynəlxalq əməkdaşlıq çərçivəsində tətbiqi xarakterli nəticələr alınıb
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları professor Ülviyyə Həsənova, Mircavid Ağayev, Ələkbər Hüseynzadə, Hacı Vahid Axundzadə və Aygün İsrayılovanın İtaliyanın Pavia Universitetinin, Fransanın Lorraine Universitetinin və Tunisin Carthage Universitetinin əməkdaşları ilə birgə yerinə yetirdiyi elmi-tədqiqat işinin nəticələri “Synthesis, crystal structure and antibacterial studies of dihydropyrimidines and their regioselectively oxidized products” adlı məqalədə əks olunmaqla impakt faktorlu “RSC Advances” (IF-3.119) jurnalında dərc edilib. Məqalədə mis triflatın iştirakı ilə Bijinelli reaksiyası ilə dihidropirimidinlərin yeni bioloji aktiv törəmələrinin sintezi və tədqiqi haqqında məlumat verilib. Dihidropirimidinlərin bioloji aktiv birləşmələr olduğu üçün, sintez edilmiş birləşmələrin aktivliyi Acinetobacter baumanii, Escherichia coli, Pseudomonas aeruginosa, Klebsiella pneumoniae və Staphylococcus aureus bakteriyalarına qarşı tədqiq edilib.