BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllim-tələbə heyəti Universitetin şəhid məzunu Ataməli Musaoğlunun məzarını ziyarət edib. Onlar şəhidin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ailə üzvləri ilə görüşüblər.
Qeyd edək ki, Ataməli Musaoğlu 2012-ci ildə yüksək balla BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin “Psixologiya” ixtisasına qəbul olunub. 2020-ci il sentyabrın 27-də könüllü olaraq cəbhəyə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin baş kəşfiyyatçısı olan Ataməli Musaoğlu oktyabrın 16-da Ağdərə döyüşləri zamanı yaralı dostunu xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.