BDU-nun SABAH qruplarının tələbəsi “İdeyanı Reallaşdır” fərdi qrant müsabiqəsinin qalibi olub
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının magistratura səviyyəsinin “Kompüter elmləri və texnologiyaları” ixtisasının I kurs tələbəsi Hacıağa Musayev Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” təşkilatının təşkilatçılığı və “TechAcademy”nin tərəfdaşlığı ilə “CodeSphere” layihəsinin həyata keçirtdiyi “İdeyanı Reallaşdır” fərdi qrant müsabiqəsinin qalibi olub.
Layihənin əsas məqsədi gənclər arasında front-end proqramlaşdırma üzrə məlumatlılıq səviyyəsini yüksəltmək və bu sahənin düzgün şəkildə təbliğini təmin etməkdir.