BDU-nun SABAH qruplarının tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Tarix müəllimi ixtisası üzrə III kurs tələbələri Ümid Mikayılov və Həlilə Sadıqova Qazaxıstanın Astana şəhərində orta əsrlər türk-islam dünyasının böyük mütəfəkkiri Əl Fərabiyə həsr olunmuş “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində iştirak ediblər.
Ümid Mikayılov “Axıska türklərinin deportasiya və repatriasiya problemi”, Həlilə Sadıqova “Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində Bakı və Şamaxı soyqırımları” mövzusunda məqalələrinə görə I dərəcəli diplom və “Ən yaxşı tədqiqatçı - 2024” medalı ilə təltif ediliblər.