BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əməkdaşları tərəfindən alınmış nəticələr mexanikanın, fizikanın və biologiyanın müxtəlif məsələlərinin öyrənilməsində istifadə edilə bilər
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasında “Diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusu üzrə ikinci və dördüncü tərtib adi diferensial tənliklər, elliptik tip xüsusi törəməli diferensial tənliklər və birölçülü Dirak sistemi üçün xətti və qeyri-xətti sərhəd məsələlərinin həllərinin struktur xassələri tədqiq edilir. Sərhəd şərtlərinə spektral parametr daxil olan ikinci və dördüncü tərtib adi diferensial tənliklər və Dirak sistemi üçün məxsusi qiymət məsələlərinin məxsusi funksiyalarının osillyasiya xassələri öyrənilmiş, məxsusi və qoşulmuş funksiyaları sisteminin altsistemlərinin Lebeq fəzalarında bazis əmələ gətirməsi və məxsusi və qoşulmuş funksiyaları sisteminin altsistemləri üzrə spektral ayrılışların müntəzəm yiğılması üçün kafi şərtlər müəyyənləşdirilmiş, sıfırdan və sonsuzluqdan qlobal bifurkasiyası öyrənilmişdir.
Alınmış nəticələr mexanikanın, fizikanın və biologiyanın müxtəlif məsələlərinin öyrənilməsində istifadə edilə bilər.