BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında “Çoxobrazlılar üzərində laylaşan fəzalar” mövzusu üzrə elmi-tədqiqatlar davam edir
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında “Çoxobrazlılar üzərində laylaşan fəzalar” mövzusu üzrə elmi-tədqiqat işləri toxunan, kotoxunan, tenzor, jet ve koreper laylanmalarındakı diferensial-həndəsi strukturlar kimi istiqamətləri əhatə edir.
Baza çoxobrazlısında verilən hamar funksiyaların, vektor və tenzor meydanlarının, 1-formaların, simmetrik afin rabitələrin, Riman metrikalarının, diferensiallanmaların laylanmanın total fəzasında liftləri (o cümlədən, şaquli, horizontal, tam, diaqonal, bircins, g-liftlər) qurulmuş, laylanmaların total fəzasında bir sıra afinor strukturların (o cümlədən, sanki kompleks, parakompleks, f-struktur) inteqrallanma şərtləri müəyyən edilmişdir.
Hal-hazırda jet və koreper laylanmasının total fəzasında natural (təbii) metrikaların yeni sinfinin təyin olunması, əyrilik xassələrinin öyrənilməsi, həmçinin bu laylanmada simplektik strukturlar ailəsinin qurulması və müxtəlif liftlərlə bağlı məsələlərdə tətbiqi imkanlarının qiymətləndirilməsi üzrə araşdırmalar davam etdirilir. Koreper laylanmasının həndəsəsi ilə ümumi qravitasiya nəzəriyyəsi və ümumi nisbilik nəzəriyyəsinin kvant prinsipləri arasındakı əlaqələrin müəyyən olunması qarşıya qoyulan əsas məsələlərdəndir.