BDU-nun daha iki fakültəsinin əməkdaşları üçün tələbəyönlü tədrisin təşkilinə dair təlim
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti fakültələrinin əməkdaşları üçün təlim təşkil olunub.
Təlimçi kimi rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov çıxış edib. Təlimdə tələbəyönlü və kompetensiya əsaslı tədrisin təşkilinə dair iştirakçılara geniş məlumat verilib. Təlimdə fakültənin akademik, inzibati və tədris köməkçi heyəti iştirak edib. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlim silsilə olaraq digər fakültələrdə də keçiriləcək.