BDU-nun Astrofizika kafedrası: “Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq”
ELM
8 Aprel 2025 11:50
Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq. Meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, “π-Puppid” (Pi-Göyərtə) meteor yağışı 1972-ci ildə kəşf edilən “26P/Grigg-Skjellerup” kometi ilə əlaqələndirilir. Radiantı (mənbəyi) Puppid (Göyərtə) bürcündə olduğu üçün bu adı alıb. Bu yağış 1977 və 1982-ci illərdə fəal olub, həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb. Sonrakı illərdə fəallıq aşağı olub. Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən 18 km/s olacaq.
“π-Puppid” meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Bu meteor yağışı əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.
Son XƏBƏRLƏR
26.04.2025 | 09:00
Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
25.04.2025 | 18:25
BDU-da ICESCO-nun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş
25.04.2025 | 16:02