BDU-nun aliminin Kalderon-Zigmund operatorlarının komutatorları və tətbiqləri üzrə tədqiqatları davam edir
Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Estimates for operators on generalized weighted Orlicz-Morrey spaces and their applications to non-divergence elliptic equations” məqaləsi “Web of Science” bazasında indekslənən “Positivity” jurnalında dərc edilib (WoS, IF: 0.853).
https:// https://link.springer.com/article/10.1007/s11117-022-00963-5
Məqalədə ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu araşdırılıb və bunun üçün kafi şərtlər tapılıb. Tətbiq olaraq ikixətti pseudo-diferensial operatorların təkrarlanan komutatorları və mülayim requlyarlığı olan paraprodaktlar üçün multixətti çəkili Morri qiymətləndirmələri verilib.