BDU-nun 345 tələbəsi payız semestri üzrə təhsil krediti alıb
Bakı Dövlət Universitetinin (BDU) 345 tələbəsi 2023/2024-cü tədris ilinin payız semestri üzrə təhsil krediti almaq hüququ əldə edib. Onlardan 88-i sosial, 257-si isə standart təhsil kreditidir.
2022/2023-ci tədris ilində isə ümumilikdə 589 BDU tələbəsinə təhsil krediti verilib. Onlardan 177-si sosial, 412-si isə standart təhsil krediti olub.
Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.
Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.