BDU-nun 105, Ekoloji kimya kafedrasının 20 illik yubileylərinə həsr olunmuş Respublika elmi konfransı davam edir
Bakı Dövlət Universitetinin (BDU) 105, Ekoloji kimya kafedrasının 20 illik yubileylərinə həsr olunmuş “Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” mövzusunda Respublika elmi konfransı davam edir.
Konfransda müasir ekologiyanın nəzəri və təcrübi məsələləri, son illərdə bu istiqamətdə əldə edilmiş mühüm elmi nəticələr, yeni çağırışlar, ekoloji kimya, coğrafi ekologiya, bioekologiya, torpaqşünaslıq və s. sahələrdə ən son tədqiqatların və onların tətbiqi imkanlarının işıqlandırılması, elmi tədqiqatların optimallaşdırılması haqqında ətraflı müzakirələr aparılıb. Konfransda ümumilkdə 11 bölmə üzrə çıxışlar dinlənilir.
"Ətraf mühitin mühafizəsində ekokimyəvi tədqiqatlar", "Yaşıl kimya və tullantısız texnologiya", "Ekoloji risklər və həyat fəaliyyətinin təhlükəsizliyi", "Qlobal iqlim dəyişikliyi üzrə ekokimyəvi tədqiqatlar", "Sənaye ekologiyası və ekoloji təhlükəsizlik", "Qida təhlükəsizliyi", "Ətraf mühitin mühafizəsində ekocoğrafi tədqiqatlar", "İqlim dəyişməsinin ətraf mühitə təsiri", "Ətraf mühitin mühafizəsində bioekoloji tədqiqatlar", "Torpaqların münbitliyi və aqroekoloji problemlər", "Yaşıl təhsil və davamlı öyrənmə" bölmələrində 178 elmi məruzə dinlənilib.
2 gün davam edən konfrans işini bu gün yekunlaşdıracaq.