BDU könüllülərinin yaşıl təşəbbüsü: “Köhnə batareyaya yeni həyat bəxş et!”
Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı “Köhnə batareyaya yeni həyat bəxş et!” adlı layihəyə başlayıb.
“Təbiət bizim gələcəyimiz, onu qorumaq isə vəzifəmizdir!” ideyası ilə keçirilən layihənin məqsədi təbiətə ciddi zərər verən batareyaları qarışıq tullantılardan ayırmaqla onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.
Qeyd edək ki, batareyaların tərkibində qurğuşun, litium, civə, sink və ətraf mühit üçün digər zərərli maddələr var. Buna görə də işlənmiş batareyaların toplanması və bunun sosial məsuliyyət kimi dərk edilməsi olduqca aktualdır.