BDU könüllüləri “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda
Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Filologiya fakültəsi üzrə üzvləri “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda olublar.
Tələbələrə dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi barəsində ətraflı məlumat verilib. Bildirilib ki, 27,52 hektar ərazini əhatə edən “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu 2019-cu ildə yenidən qurulub. Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də mövcuddur. Bu abidələrə “Qurd yuvası” mağarası, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, kükürdlü su bulağı, hələ də aktiv olan Qırməki palçıq vulkanı, Qırməki vadisi, Osmanlı səngərləri və yerli əhali tərəfindən müqəddəs hesab edilən Əlidaşı piri aiddir.
Sonra tələbələr ərazidəki digər tarixi mədəniyyət abidələri ilə tanış olublar.