BDU “EV Charge Show" – Dünya Elektromobil Şarj Stansiyası İstehsalçılarının Qlobal Görüş Platformasında iştirak edib
Bakı Dövlət Universiteti (BDU) “EV Charge Show" – Dünya Elektromobil Şarj Stansiyası İstehsalçılarının Qlobal Görüş Platformasında iştirak edib. 13-15 noyabr tarixlərində İstanbul şəhərində keçirilən konfransın əsas məqsədi elektromobillərdə istifadə olunan batareya və şarj texnologiyalarını inkişaf etdirmək, innovativ rəqəmsal həlləri və təmiz enerji istifadəsinə əsaslanan layihələri dəstəkləməkdir.
Konfransda 151 şirkət tərəfindən təqdim olunan müxtəlif şarj stansiyaları, batareya texnologiyaları və şarj sistemlərində IoT əsaslı həllərə əsaslanan layihələr sərgilənib.
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanan “SuperCapBack hibrid batareya” və “Clean-Charge sürətli şarj stansiyası” layihələri ilə bağlı konfrans iştirakçılarına məlumat verilib, sərgidə iştirak edən şarj stansiyası istehsalçıları ilə müzakirələr aparılıb.
Qeyd edək ki, BDU-nun “BSU Creativity Workz” komandası “SuperCapBack” layihəsi ilə “EV Charge Show" – Dünya Elektromobil Şarj Stansiyası İstehsalçılarının Qlobal Görüş Platforması çərçivəsində "E-mobillik innovasiya ve startap yarışması"nın finalına 220 komanda arasından vəsiqə qazanan 8 komandadan biri olub.