BDU əməkdaşı Estoniyada keçirilən beynəlxalq seminarda məruzə edib
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı Estoniyanın Tallin şəhərində keçirilən “Fotovoltaika üçün qeyri-üzvi halkogenidlər” adlı I Beynəlxalq seminarda (1st International Workshop on Emerging Inorganic Chalcogenides Photovoltaics) “Yeni tipli Ag-Ag2S-CdS xalkogenid nanotellərinin asan sintezi və onların fiziki xassələri” mövzusunda məruzə ilə iştirak edib.
Seminarda dünyanın aparıcı universitetlərindən dəvət olunmuş məruzəçilər fotovoltaik materiallar, günəş batareyaları haqqında ən müasir tədqiqat işlərindən bəhs edən mühazirələr oxuyub və qarşılıqlı müzakirələr aparıblar.