BDU Elmi Şurasının iclası keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilib.
İclasda BDU Elmi Şurasının 2024-cü il üzrə fəaliyyəti haqqında hesabat və 2025-ci il üzrə iş planı təsdiq edilib.
Mexanika-riyaziyyat, İnformasiya və sənəd menecmenti fakültələrinin 2024-cü il üzrə hesabatları dinlənilib və qəbul edilib. Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində struktur dəyişiklikləri haqqında məsələ müzakirə olunub. İclasda həmçinin BDU-nun 2025-ci il üzrə Sosial Fəaliyyət Planı qəbul edilib.
Daha sonra cari məsələlər müzakirə edilib.