BDU Elmi Şurasının 2023/2024-cü tədris ilində son iclası
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 2023/2024-cü tədris ilində son iclası keçirilib.
Rektor Elçin Babayev gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Tədris və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov iclasda 2023/2024-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və Yekun Dövlət Attestasiyasının nəticələri barədə təqdimatla çıxış edib. Bildirilib ki, imtahan sessiyasında 18 mindən artıq tələbə iştirak edib. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.
Apelyasiya Komissiyasının sədri Elşad Qurbanov sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılması barədə məlumat verib.
Yaz imtahan sessiyasının nəticələri Elmi Şura üzvləri tərəfindən məqbul hesab edilib.