BDU-da tətbiqi xarakterli tədqiqatlar öz nəticəsini verməkdədir
Bakı Dövlət Universitetinin (BDU) Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının müdiri, professor Rövşən Əliyevin həmmüəllifi olduğu “Komponentləri asılı təsadüfi kəmiyyətlər olan və ağır qalıqlı paylanmaya malik gözləmə müddətli mükafatlı bərpa prosesinin riyazi gözləməsi üçün asimptotik ayrılış” (“On asymptotic expansion for mathematical expectation of a renewal reward process with dependent components and heavy tailed inter-arrival times”) adlı məqalə “Web of Science” elmmetrik beynəlxalq bazasına daxil olan (IF: 0.35) “Theory of Probability & Its Applications” jurnalında dərc olunub.
https://doi.org/10.4213/tvp5223
Məqalədə komponentləri asılı təsadüfi kəmiyyətlər olan mükafatlı bərpa prosesi tədqiq edilib. Bu prosesin riyazi gözləməsi üçün ağır qalıqlı paylanmalar sinfində asimptotik ayrılış əldə olunub.